AKP sözçüsü: “Türkiyənin qaçqın qəbul etməyə gücü yoxdur”

AKP sözçüsü:  “Türkiyənin qaçqın qəbul etməyə gücü yoxdur” backend

“Türkiyə bütün dünyanın gözü qarşısında humanitar, mənəvi və vicdani vəzifələrini yerinə yetirdi və öz dəyərlərinə uyğun olaraq qaçqınlara qucaq açdı”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İdarə Heyətinin iclasından sonra partiyanın mətbuat katibi Ömər Çelik deyib.

 

O qeyd edib ki, Türkiyənin bir qaçqını belə qəbul etməyə artıq gücü yoxdur. 

 

Avropanın suriyalı və əfqanıstanlı qaçqınlarla bağlı siyasətini tənqid edən Çelik bildirib ki, Türkiyənin qaçqın düşərgəsi olduğunu düşünənlər yanılırlar.

 

Əfqan qaçqınların qarşısını almaq üçün hər kəsin məsuliyyət daşımalı olduğunu vurğulayan AKP sözçüsü Əfqanıstandan qaçqın axınının dayandırılmalı olduğunu bildirib.

Diaspora