Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan guya ölkəsində 1 milyon əfqan qaçqının olması barədə iddialara aydınlıq gətirib.
APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, Bosniya və Herseqovinaya səfərindən öncə jurnalistlərin suallarını cavablandıran Ərdoğan bildirib ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına əsasən ölkədəki əfqan qaçqınların sayı 300 mindir.