"Türkiyə xaricdən əlavə miqrasiya yükünün öhdəsindən gələ bilməz".
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 950-ci ildönümü ilə bağlı Bitlisin Ahlat rayonunda xarici ölkələrin Türkiyədəki səfirləri ilə görüşündə bildirib.
Ərdoğan deyib ki, Əfqanıstanda "Taliban"dan verilən nikbin mesajları Türkiyə hələlik normal qarşılayır və "Taliban"ın verdiyi vədləri əməldə də icra etməsini gözləyir.