Rus hərbçilər Ermənistanda qəzaya düşüb, ölən var

Rus hərbçilər Ermənistanda qəzaya düşüb, ölən var backend

Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının hərbçilərinin olduğu avtomobil Gümrü-İrəvan magistral yolunda qəzaya düşüb.  

Bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətindən bildirilib. Qəza bazar günü səhər saat 7 radələrində Talin kəndi ərazisində baş verib. İlkin məlumatlara görə, müqavilə əsasında Gümrüdəki Rusiya hərbi bazasında xidmət edən hərbçi şəxsi avtomobilinə nəzarəti itirib, avtomobil xəndəyə aşıb.

Hərbçilərdən biri aldığı xəsarətdən hadisə yerində ölüb. Qəza zamanı avtomobildə olan digər 4 hərbçi dərhal orta dərəcəli bədən xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıb və onlara bütün lazımi tibbi yardım göstərilib. (azvision.az)

Diaspora