Türkiyə 5 avqustda “Fərat qalxanı” bölgəsində bir mülki kranı və təcili yardım maşınını tank əleyhinə raketlə vuran PKK terrorçularından intiqam alıb.
Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, “Fərat qalxanı” bölgəsində aparılan əməliyyat zamanı PKK terrorçusu zərərsizləşdirilib. Zərərsizləşdirilən 6 terrorçudan birinin 5 avqustda mülki krana və təcili yardıma raket ataraq 2 dinc sakini öldürən terrorçu olduğu müəyyən edilib.