Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 14 nəfər ölüb - FOTO - VİDEO

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 14 nəfər ölüb -  FOTO - VİDEO backend

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Qaziler.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, hadisə yerli vaxtla gecə saat 04.40 radələrində Balıkesir-Edremit yolunda baş verib.

Sərnişin avtobusunun yoldan çıxaraq aşması nəticəsində 14 nəfər ölüb, 18 nəfər xəsarət alıb.

Həlak olanların 11-i hadisə yerində, 3 nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

 

Diaspora