Muğla bölgəsində yanğının şiddəti getdikcə artır

Muğla bölgəsində yanğının şiddəti getdikcə artır backend

Türkiyənin Muğla şəhərinin Milas rayonunun Gürceğiz kəndində yanğının şiddəti getdikcə artır.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, yanğın dağlıq ərazidə yerləşən kəndin digər evlərinə də yaxınlaşır.

Havanın küləkli olması yanğını daha da sürətləndirir.

Hazırda hər yer alov içərisindədir, yanğın davam etdikcə yanğının miqyası genişlənir.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülür.

13:09

Türkiyədə meşə yanğınlar davam edir.

"Report"un Türkiyəyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, hazırda ölkənin Muğla şəhərinin Milas rayonunun Bayırköy və Gürceğiz kəndlərində meşələr yanır.

Yanğınların miqyası genişlənir.

Gürceğiz kəndində bəzi evlər yanıb. Dağlıq ərazidə yerləşən kəndin bəzi yerlərində yanğın lokallaşdırılıb, soyutma işləri aparılır. Buna baxmayaraq, həmin yerlərdə yenidən yağın başlayıb.

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının söndürülməsi itiqamətində işlər görülür. Yanğınların söndürülməsinə helikopterlər də cəlb edilib.

Diaspora