NASA Türkiyədəki yanğınların peyk görüntülərini yayıb - FOTO

NASA Türkiyədəki yanğınların peyk görüntülərini yayıb - FOTO backend

ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) Türkiyədəki yanğınların peyk görüntülərini yayıb.

Trend xəbər verir ki, bu barədə NASA-nın "Twitter" hesabında paylaşım edilib.

Qeyd olunub ki, baş verən meşə yanğınları nəticəsində 136 min hektardan çox sahə kül olub. Bu, il ərzində meydana gəlmiş yanğınların 3 qatı həcmindədir.

Qeyd edək ki, Türkiyədə meşə yanğınlarının söndürülməsi istiqamətində işlər davam etdirilir. Azərbaycan da öz dəstəyini göstərir. Bu gün Fövqəladə Hallar Nazirliyinin üçüncü yanğın-xilasetmə qrupu da qardaş ölkəyə yola düşüb.

Diaspora