Türkiyədə davam edən yanğın Milas rayonunundakı Kemerköy İstilik Elektrik Stansiyasının (İES) ərazisinə daxil olub.
Bu barədə CNN-Türk məlumat yayıb.
Qeyd olunub ki, güclü külək yanğının genişlənməsinə səbəb olub, alovlar Kemerköy İES-in ərazisinə keçib.
Yanğının İES-də partlayışa səbəb olmaması üçün öncədən təhlükəsizlik tədbirləri görülüb. İES-in ətrafında xəndəklər qazılıb, işçilər və yaxınlıqdakı yaşayış yerlərindəki əhali təxliyə olunub.
Qeyd edək ki, 3 qurğudan ibarət 630 MW gücdə olan Kemerköy İES-in
gündəlik yanacaq tələbatı 21 600 tondur. (apa)