Konyada 7 nəfəri evində qətlə yetirməkdə şübhəli bilinən şəxs tutulub.
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Konya Prokurorluğundan verilən açıqlamada bildirilib.
Qeyd olunub ki, 30 iyul 2021-ci il tarixində eyni ailədən 7 nəfərin qətlə yetirildiyi hadisədə ittiham olunan Mehmet Altun Baş Prokurorluğun apardığı araşdırma nəticəsində Bozkır rayonunun kəndində tutulub.
Hadisə ilə əlaqədar indiyədək M.Altunla birlikdə 15 nəfər həbs olunub, onların 4-ü azadlığa buraxılıb, digərləri cinayət məcəlləsinin “qəsdən adamöldürmə” maddəsi üzrə həbs olunub.