Bodrum və Milasda yanğınlar istilik elektrik stansiyasına yaxınlaşıb

Bodrum və Milasda yanğınlar istilik elektrik stansiyasına yaxınlaşıb backend

Türkiyənin Bodrum və Milas şəhərlərində meşə yanğınları yerli istilik elektrik stansiyasına yaxınlaşıb.

“Report” xəbər verir ki, bu barədə "Cümhuriyyət" qəzeti məlumat yayıb.

Milas bələdiyyəsinin rəhbəri Məhəmmət Tokatın sözlərinə görə, alov Yeniköy istilik elektrik stansiyasına qədər yaxınlaşıb, ancaq külək onun istiqamətini dəyişib və yanğınsöndürənlərə yanğının istilik elektrik stansiyasına keçməsinin qarşısını almaq şansı yaranıb. Hadisə yerində yanğınsöndürən təyyarələr işləyir.

Yerli sakinlər kütləvi şəkildə təhlükəli əraziləri tərk etməyə çalışırlar. Tokatın sözlərinə görə, hakimiyyət oranları nəqliyyat vasitəsi olmayan yerli sakinlərin daşınmasına kömək edir.

"Hazırda edə biləcəyimiz yeganə şey yaşayış sahələrini qorumaqdır. Ağacları və meşələri qoruya bilmərik", - deyə Bodrum bələdiyyəsinin rəhbəri Əhməd Aras bildirib.

Muğlanın Milas rayonunda, Beyciler adlanan ərazidə başlayan yanğın Çokertme ərazisinə yayılıb, həmin səbəbdən də polis ora girişin qarşısını alıb.

Diaspora