PKK-ya bağlı olan terror təşkilatı: “Türkiyədə yanğınları biz törətmişik”

PKK-ya bağlı olan terror təşkilatı:  “Türkiyədə yanğınları biz törətmişik” backend

“Alov uşaqları” terror təşkilatı Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına görə məsuliyyəti üzərinə götürüb.

“Report” xəbər verir ki, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Terror təşkilatının üzvləri bildiriblər ki, meşə yanğınlarını onların tərəfdarları törədiblər.

Türkiyə rəsmiləri hələlik təşkilatın açıqlamasını şərh etməyiblər.

Qeyd edək ki, “Alov uşaqları” terror təşkilatı PKK terror təşkilatına bağlıdır. Daha əvvəl Türkiyənin ayrı-ayrı mətbu orqanları meşə yanğınlarında PKK terror təşkilatı üzvlərinin əli olması barədə məlumat yayıb. Qeyd edilib ki, Türkiyənin Manisa əyalətinin Turgutlu rayonunda PKK terror təşkilatının meşə yanğınları törətməkdə şübhəli bilinən üzvləri yaxalanıb.

Diaspora