Ermənistan ordusunun itkin düşən iki üzvü Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan ərazidə tapılıb.
Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.
Məlumata görə, onların yaxın vaxtlarda qaytarılması üçün danışıqlar aparılır.
Ermənistan Müdafiə Nazirliyi isə sayta açıqlamasında onlarda belə bir məlumatın olmadığını və axtarış-xilasetmə işlərinin davam etdirildiyini bildirib.
Qeyd edək ki, Ermənistan ordusunun iki üzvü – Artur Nalbandyan və Aramais Torosyan Sünik (Zəngəzur) bölgəsindəki Qaragöl yaxınlığındakı dumanda azaraq itkin düşmüşdü.