Tiflisin mərkəzi Rustaveli prospekti vətəndaşlar tərəfindən bağlanıb.
Axar.az xəbər verir ki, vətəndaşlar Gürcüstan televiziyasının operatoru Lekso Laşkaravanın ölümünə görə Baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edirlər.
"Prospekt və xüsusən də parlamentin qarşısındakı ərazi bağlıdır. Getdikcə daha çox insan aksiya üçün toplaşır, aksiya hər dəqiqə başlaya bilər",- deyə məlumatda qeyd olunur.
Bildirilir ki, bir sıra KİV-lərdən jurnalistlər və onların tərəfdarları Tiflisdəki parlament binasının qarşısına toplaşırlar.
Onlar Baş nazirin istefasını dəstəkləyirlər və hesab edirlər ki, iyulun 5-də Baş nazirin çıxışından sonra LGBT icmasının iştirakı ilə ləyaqət yürüşünün keçirilməsinə olan aqresiya kəskinləşib.