Vaksin və viski müəmması: İranlılar Ermənistan gömrüyünə axışdılar- VİDEO

Vaksin və viski müəmması:  İranlılar Ermənistan gömrüyünə axışdılar- VİDEO backend

Tanınmış erməni ictimai xadim, Ermənistan Vətəndaş Razılaşması Partiyasından deputatlığa namizəd olmuş Tiqran Davudyan maraqlı bir məlumat yayıb.

Azvision.az xəbər verir ki, o minlərlə iranlının sərhədi keçərək Ermənistanda vaksin olunduğunu bildirib. Davudyan iddia edib ki, əlində olan fotolara əsasən belə qənaətə gəlib ki, xeyli sayda İran vətəndaşı onun ölkəsində peyvənd olmaq istəyir. Bu səbəbdən də Mehri gömrük postunda qələbəlik yaranıb:

"Bu barədə İranın sosial şəbəkələri və "Fars" mətbuatı da məlumat yayıb. Təəccüblüdür ki, heç bir erməni mediası əraziyə gedərək yerindəcə reportaj hazırlamır... Bu iranlılar ölkələrində dostluğumuzun elçiləri olacaqlar",- Davudyan bildirib.

Maraqlıdır ki, sosial mediada sadə ermənilər əslində məsələnin şişirdildiyini yazırlar. Şərhlərdən birində qeyd edilir ki, “Yayılan fotodakı insanlar İrəvana turizm üçün gəlib azad şəkildə viski içmək istəyirlər. Onlar hazırda bu qələbəliyi peyvəndlənmək adlandırırlar”.

Xatırladaq ki, ötən ay parlament seçkiləri zamanı Seçkilərə nəzarət üzrə komitənin monitorinqi nəticəsində Davudyanın İran vətəndaşı olduğu aşkarlamışı. Bu isə Ermənistan Konstitusiyasının tələblərinin pozulması idi. Çünki Konstitusiyaya əsasən, son 4 ildə Ermənistan vətəndaşı olan şəxsin namizədliyi seçkili orqanlara irəli sürülə bilərdi.

Qeyd edilirdi ki, sonradan o İran İslam Respublikası vətəndaşlığından çıxmasına dair sənədin surətini təqdim edib. Davudyanın hazırkı iranmeylli açıqlamalarının da buradan qaynaqlandığı söylənilir.

Diaspora