Tanınmış rusiyalı bloqer İlya Varlamov Ermənistanı ziyarət edərək xoşagəlməz şərhlər yazıb, xüsusən də Gümrü şəhərinin hava limanı ilə bağlı.
Qazilər.az xəbər verir ki, bloqer təəssüratlarını sosial şəbəkələrdəki səhifələrində paylaşıb.
“Hər şey girişdən başlayır. Qapının ətrafında çoxlu yola salan dayanır, düz qapıda sərnişinləri və onları yola salanları ayıran növbətçi polis olur. Hansı səbəbdənsə yola salanlar aeroporta buraxılmır. Koronavirus səbəbindən düşünə bilərsiniz, amma biz Ermənistandayıq və burda hamı kovidin üstünə böyük bir erməni lavaşı “qoyub”. Qeydiyyata gedirik. Hər yerdə olduğu kimi burada da bir növbə var, amma hər dəfə növbəti kök bir erməni sanki dünyanın sahibi kimi davranaraq növbə ətrafında dolaşır və piştaxtaya tərəf gedir. Zamanla növbədə olmayanlar üçün də növbə yaranır. VIP giriş edin, girişdə qızıl qartal və ya şir qoyun – hətta aeroportun direktorunun bütün qohum-qardaşları ora gəlsin.
Təyyarəyə giriş icazəsi aldıq, pasport nəzarətinə gedirik. Bəzi xırda kobudluqları görməməyə çalışırıq. Burada kiminsə furajka və “poqon”u varsa, dərhal özünü rok ulduz kimi hiss etməyə başlayır: ətrafdakı hər kəs onu sevməli və pərəstiş etməlidir. Ancaq bunlar gözləmə zalı ilə müqayisədə əhəmiyyətsizdir! ⠀
Uzun müddətdir belə bir şey görməmişəm! Afrikanın ən geridə qalmış ölkələrində belə Gümrü hava limanındakı kimi zibil qutusu yoxdur. Bütün qablar doludur. Ayaqyolunda ancaq sovetin son dönəmlərində gördüyüm illərlə təmizlənməyən ictimai ayaqyollarından xatırladığım təsviredilməz bir atmosfer var. Ancaq ən dəhşətlisi, orada siqaret çəkmələridir!!! Fasiləsiz siqaret çəkirlər. Havalandırma olmayan kiçik bir tualetdə. Zamanla tüstü bütün gözləmə otağını bürüyür. Orada kiçik uşaqlar, körpələr var - hamı təyyarəni gözləmə müddətində tütün tüstüsü ilə nəfəs alır. Sadəcə dəhşətlidir. Zibil qutusundakı siqaret izlərinin sayına baxın! Hər kəs hər hansı bir qaydaya və ədəb normalarına tüpürüb. İnsanlar tualetin yanında siqaret çəkir, tüpürür və s.
Eniş elan edildikdə, əzablarımın bitdiyini düşünürdüm. Ancaq belə olmadı! Hava limanının işçilərindən biri təyyarəyə minişi sürətləndirməyə qərar verdi və sözün əsl mənasında insanları keçid yoluna itələməyə başladı!
Məsuliyyətlə bəyan edirəm: dünyanın heç bir yerində belə bir şey görmədim. Gümrü hava limanının direktoru qoyun otarmaq üçün dağlara göndərilməlidir, əks halda gözəl şəhərinizdəki turistləri unutmalı olacaqsınız”.
Oxu.az