Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) şöhrəti getdikcə daha geniş yayılır.
“TRT Haber” məlumat verir ki, artıq Albaniya da ölkənin milli təhlükəsizliyini artırmaq məqsədilə türk PUA-larını əldə etməyə hazırlaşır.
Belə ki, Albaniya parlamenti məhz bu məqsədlə ölkənin hərbi büdcəsinin 8.2 milyon avro artırılması barədə təklifi təsdiq edib.
Qərarın Albaniya DİN rəhbəri Blear Çuçi və yüksək rütbəli hərbçilərin Türkiyəyə səfərinin ardından qəbul edildiyi bildirilib. Səfər çərçivəsində albaniyalı qonaqların “Baykar” hərbi zavodunda olduğu və məşhur “Bayraktar” PUA-ları ilə yaxından tanışlığı qeyd edilib.