Ermənistan parlament seçkilərinin yekun nəticələrini açıqladı

Ermənistan parlament seçkilərinin yekun nəticələrini açıqladı backend

Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar parlament seçkilərinin son nəticələrini açıqlayıb.

TASS xəbər verir ki, MSK-nın iclası yerli telekanallar tərəfindən yayımlanıb.

Verilən məlumata görə, Ermənistanın Baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyanın “Vətəndaş sazişi” partiyası səslərin 53.91, keçmiş prezident Robert Koçaryanın “Ermənistan” bloku isə 21.9%-ni toplayıb.

“Yekun nəticələrə görə, 687.761 (53.91%) seçici “Vətəndaş sazişi”nə, 269.481 (21.9%) nəfər isə Ermənistan blokuna səs verib” deyə MSK sədri Tiqran Mukuçyan bildirib.

Paşinyanın partiyası və Koçaryanın blokundan əlavə, səslərin 5,22%-ni qazanan üçüncü prezident Serj Sarkisyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyanın “Mənim şərəfim var” bloku da parlamentə daxil olub.

Qeyd edək ki, Robert Koçaryanın “Ermənistan” bloku artıq seçkilərin nəticələrini tanımadığını və Konstitusiya Məhkəməsinə müraciət imkanlarını nəzərdən keçirdiklərini bildirib.

Diaspora