“Azərbaycanlılar iş otağımda nə etdiyimi də görə bilirlər” - Erməni rəsmisi

“Azərbaycanlılar iş otağımda nə etdiyimi də görə bilirlər” -  Erməni rəsmisi backend

“Azərbaycanlılar sərhəd boyunca mühəndislik işlərini başa çatdırdılar”.

Yenisabah.az “Tert.am”a istinadla xəbər verir ki, bunu ermənistanın Tex icmasının rəhbəri nerses Şaduts bildirib. “”Azərbaycanlılar sərhəd boyu mühəndislik işlərini başa çatdırdılar. Gəldikləri gündən etibarən qoruyucu xəndəklərin inşası intensiv şəkildə aparılıb, beton baryerlər quraşdırılıb. İndi işlər aparılmır, görünür, hər şeyi tamamlayıblar”.

Şaduntsun sözlərinə görə, hazırda ciddi texniki iş görülmür. “İcmanın sərhəd məsafəsi 200 m-dən 1-2 km-ə qədər başlayır. Hələ yeni insident yoxdur... İndi ot biçimi mövsümüdür, kəndlilər tezliklə biçin işlərinə başlayacaqlar və problem yaranarsa, sərhədçilər və sülhməramlılara müraciət edəcəyik. Azərbaycanlıların nəzarəti altında qalan sahələr əkilmir, çünki onların nəzarətindədir. İnsanlar var təhlükəsizliklərindən narahatdırlar”.

İcma rəhbəri qeyd edib ki, azərbaycanlılar dağlarda dominant mövqe tutur, müşahidə prosesi ilə bağlı heç bir problemləri yoxdur. "Elə müasir texnologiyaları var ki, məsələn, Tex icma rəhbərinin öz iş otağında nə etdiyini görə bilərlər”.

Diaspora