Ermənistan müxalifəti Ermənistan Konstitusiya Məhkəməsində seçkilərindən nəticələrinə etiraz edəcək, çünki inzibati resursun tətbiq olduğuna dair şübhələrə sahibdir və düşünürlər ki, inzibati qollardan istifadə edilməsi halları seçkilərin nəticələrinə əhəmiyyətli dərəcədə təsir göstərib.
Ordu.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.
Qeyd edək ki, bu qollardan biri də əsgərlərin hakimiyyətin lehinə səs vermək məcburiyyəti və mülki şəxslərin müşayiəti ilə onları seçki məntəqələrinə doğru istiqamətləndirmək halları olub.
Dünən Ararat vilayətinin Zod hərbi hissəsinin əsgərləri müxtəlif dairələrdə etiraf ediblər ki, səsvermə müqabilində onlara 5 min dram mükafat veriblər.