Türkiyənin gəmi əleyhinə raketi “Atmaca” ordunun silahlandırılmasına daxil olmazdan əvvəl son sınaq zamanı gəmi formalı suüstü hədəfi müvəffəqiyyətlə vurub.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan özünün tvitterdəki səhifəsində bildirib.
Dövlət başçısının sözlərinə görə, həlledici sınaq bu gün keçirilib.