Rusiya KİV-lərində azərbaycanlı gənc Vəkil Abdullayevi güllələyən polis inspektorunun müdafiəsi üçün kampaniya başladılıb.
Bu barədə “Caliber”in “YouTube” kanalında yerləşdirilən yeni süjetində bildirilib.
“Aleksandr Qusev barəsində əvvəlcə həbs qətimkan tədbiri seçilib, daha sonra isə Rusiya İstintaq Komitəsi rəhbərinin birbaşa tapşırığı ilə o, Novosibirk şəhərini tərk etməmək barədə yazılı öhdəlik müqabilində sərbəst buraxılıb.
Polis əməkdaşının müdafiəçiləri isə yerli etnik kriminal qruplarla mübarizə kimi dolayısı bəhanələr gətirməklə hadisəyə bəraət qazandırmağa çalışırlar”, - deyə süjetdə qeyd olunur.
Daha ətraflı “Caliber”in videomaterialında: