Rusiya Müdafiə Nazirliyi nüvə silahlarının etibarlılığını yoxlayır.
Axar.az xəbər verir ki, bu barədə Rusiya MN-nin təmsilçisi İqor Kolesnikov deyib.
O bildirib ki, sınaqlar Mərkəzi Nüvə Poliqonunun Yeni torpaq arxipelağında aparılır. Lakin ordu qüvvələri qeyri-nüvə partlayıcılarla sınaq keçirir:
“Moratoriumun tətbiqi nəzərə alınaraq, 31 ildən çoxdur ki, bu poliqonda bir dənə də olsun nüvə partlayışı baş verməyib".
O, bənzər sınaqların ABŞ-da, Nevadada da aparıldığını əlavə edib.