Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi erməni diversiya qrupunun fəaliyyətini ifşa edən faktdır.
Axar.az xəbər verir ki, bu barədə artıq erməni ekspertlər “qabaqlayıcı tədbirlər” gösməyə başlayıblar. Erməni “Orbeli” analitik mərkəzinin ekspertləri etiraf ediblər ki, bu, Azərbaycanın əlinə erməni diversantların fəaliyyətini təsdiqləmək üçün əlavə fürsət verə bilər.
Taron Ovannisyan adlı ekspert isə Azərbaycanın bundan istifadə imkanlarını qiymətləndirərək, hadisənin guya Ermənistan ərazisində baş verdiyi təbliğatını aparmaq təklifini verib və bu istiqamətdə erməni tərəfi artıq fəaliyyətə başlayıb. Faktın onların əleyhinə olduğunun, diversantların ələ keçənə qədər eyniməqsədli fəaliyyət gerçəkləşdirdiklərinin sübut olunacağının fərqində olan ekspertlər xəritələr tərtib etməyə və yaymağa, minaya düşən Azərbaycan hərbi texnikasının ən azı “neytral ərazidə” olduğunu göstərməyə çalışırlar.
Qeyd edək ki, Azərbaycan hərbi texnikası məhz erməni diversantların bu gün yaxalandığı ərazidə 3 gün öncə minaya düşüb. Bu isə sübut edir ki, erməni diversiya qrupunun bugecəki əməliyyatı ilk deyil. Azərbaycan Ordusu bu hərbi maşın minaya düşdükdən sonra erməni diversantların növbəti əməliyyatının qarşısını alıb və 24 diversantdan 6-nı yaxalaya bilib.