Ermənistan ordusunun daha bir hərbçisi ölüb.
Qazilər.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə nazirliyi məlumat yayıb.
Məlumata görə, 2001-ci il təvəllüdlü əsgər Mqer Ovannisyan odlu silahdan açılan atəş nəticəsində ölüb.
Onun meyiti mayın 25-də günorta saatlarında hərbi hissənin ərazisində tapılıb.
Qeyd edək ki, bu, son bir ayda üçüncü hadisədir. Erməni ordusundakı başıpozuqluq, anarxiya nəticəsində hərbi hissələrdə az qala hər gün intihar, qətl və atışma yaşanır. Dünən də Ermənistan MN 2002-ci il təvəllüdlü Mkrtç Ovannisyan adlı hərbçinin öldüyü ilə bağlı məlumat yaymışdı. Mayın 14-də isə erməni hərbçinin meyiti asılmış vəziyyətdə tapılmışdı.
Axar.az