Ermənistan ordusunun daha bir əsgəri həlak olub

Ermənistan ordusunun daha bir əsgəri həlak olub   backend

Ermənistanda hərbi qulluqçu həlak olub.

Bu barədə “Report” “News.am”a istinadən xəbər verir.

Agentliyin Ermənistanın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, hadisə bu gün saat 17:40-da baş verib. Qeyd edilir ki, 2002-ci il təvəllüdlü hərbi qulluqçu Mkrtiç Ovanisyan güllə yarasından ölüb. Hadisənin odlu silahdan istifadə qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilir.

Faktla bağlı təhqiqat aparılır.

Ermənistan mətbuatı daha əvvəl əsgərin müəmmalı şəraitdə həlak olması barədə məlumat yayıb.

Qeyd edək ki, bu, gün ərzində Ermənistan ordusunda qeydə alınan ikinci əsgər itkisidir. Mayın 24-də ölkənin başqa hərbi hissəsində əsgər özünü asaraq intihar edib.

Diaspora