"Məğlubiyyətə görə təkcə Paşinyan məsuliyyət daşımır" - Ter-Petrosyan

"Məğlubiyyətə görə təkcə Paşinyan məsuliyyət daşımır" -  Ter-Petrosyan backend

44 günlük Qarabağ müharibəsində məğlubiyyətə görə təkcə Nikol Paşinyan məsuliyyət daşımır.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu ölkənin sabiq prezidenti Levon Ter-Petrosyan deyib.

O, bu məğlubiyyətdə hazırkı hökumət başçısının sələflərini də təqsirləndirib.

L.Ter-Petrosyan bildirib ki, N.Paşinyanı ititham edənlər həqiqətin hamısının səsləndirmir:

"1997-ci ildən başlayaraq Ermənistandakı bütün siyasi qüvvələr Qarabağda status-kvonun saxlanması və bütün kompromislərdən imtina siyasətini yürütdülər, nəticədə ölkəni bugünkü faciəyə gətirib çıxardılar. İndi isə bütün bunlarda Paşinyanı günahlandırırlar. Ermənistan hakimiyyətinin cinayətkar siyasəti sayəsində ordu özünü qat-qat üstələyən qüvvəyə qarşı mübarizə apardı".

Diaspora