Ermənistan Silahlı Qüvvələrinin sıravi əsgəri N.Mkrtçyan Vardenis (Basarkeçər) rayonunda yerləşən N saylı hərbi hissəni özbaşına tərk edib.
“Novosti Armeniya” xəbər verir ki, məlumatı Ermənistan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, N.Mkrtçyan mayın 18-də xidmət etdiyi hərbi hissəni özbaşına tərk edib.
Ermənistanın Hərbi Polisinin Basarkeçər rayon idarəsi fakt üzrə materiallar toplayır.
Report.az
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
