Tehran Ermənistan ordusunu döyüşə hazırlayacaq: İran PUA-ları sərhədimizdən məlumatları İrəvana ötürür? - FOTO

Tehran Ermənistan ordusunu döyüşə hazırlayacaq: İran PUA-ları sərhədimizdən məlumatları İrəvana ötürür? - FOTO backend

İran Ermənistana ali rütbəli hərbi müşavirlər göndərib.

Bu barədə İranın “Azad İran” “Telegram” kanalı Ermənistan KİV-nə istinadən məlumat yayıb.

Hərbi müşavirlər Ermənistan ordusunun döyüş hazırlığının yüksəldilməsi üçün bu ölkəyə göndərilib.

Yazıda həmçinin bir müddət əvvəl İrana məxsus PUA-ların Azərbaycan sərhədində uçuş həyata keçirməsi də xatırladılıb. Qeyd olunub ki, İran PUA-larının kəşfiyyat uçuşları təsadüfi deyil, məqsədyönlü xarakter daşıyır. Belə ki, bununla İran Naxçıvanda keçirilən təlimlər və Azərbaycan ordusunun Qarabağdakı bölmələrinin yerdəyişmələri barədə Ermənistana məlumat ötürür.

Oxu.az