İranlı generallar İrəvana gəldi

İranlı generallar İrəvana gəldi  backend

İranın bir qrup yüksək rütbəli hərbçisi Ermənistana gəlib.

Modern.az xəbər verir ki, Ermənistan mətbuatı İrəvanın “Zvartnots” hava limanında enən təyyarədən 10-a yaxın yüksək rütbəli zabitin düşdüyünü yazır.

Qeyd olunur ki, iranlı generalların İrəvana gəlişi Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlıdır.

“Konkret hansı məqsəd və ya təkliflə çıxış edəcəklərini söyləmək çətindir, lakin bölgədəki hərbi-siyasi gərginliyin İranı narahat etdiyi şübhəsizdir”,-deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, bir neçə gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri Mojtaba Zolnuri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə toxunaraq, İran İslam Respublikasının bölgədəki hər hansı bir dəyişikliyi qəbul etmədiyini vurğulamışdı.

“Əgər Ermənistan ərazilərinin bir hissəsini almaq istəsələr, sərhədlərimiz dəyişdiriləcək, yəni yeni bir problemimiz olacaq, bu bizim üçün məqbul deyil. İran İslam Respublikasının Ermənistanla ortaq sərhədi qorunmalıdır", - deyə Mojtaba Zolnuri deyib.

Diaspora