"Eren" əməliyyatı çərçivəsində 7 terrorçu öldürüldü

"Eren" əməliyyatı çərçivəsində 7 terrorçu öldürüldü backend

Türkiyə jandarm qüvvələri mayın 16-da “Eren-2” və “Eren-13” antiterror əməliyyatları çərçivəsində terrorçu PKK qruplaşmasının 7 silahlısını zərərsizləşdirib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu öz tvitter hesabında bildirib. 

Onun yazdığına görə, Şırnakda Cudi dağının Tuşimiya bölgəsində keçirilən “Eren-13” antiterror əməliyyatı çərçivəsində 5, Diyarbakır əyalətinin Kulp rayonunun Yaylak ərazisində keçirilən “Eren-2” əməliyyatı nəticəsində isə 2 terrorçu məhv edilib. Antiterror əməliyyatları davam etdirilir.

Diaspora