"Yayda içimdə bir "canavar" oyanmağa başladı. Hamıya nifrət etməyə başladım. Həmişə hər kəsə nifrət etmişəm və daha da nifrət etməyə başladım", - deyə o bildirib.
Qatil özünü tanrı elan etməsi barədə anasına söylədiyini amma müstəntiqlərin sualına cavab verdikdə isə, valideynlərinin olmadığını bildirib.
Qeyd edək ki, Rusiyanın Kazan şəhərində orta məktəbdə baş vermiş atışma nəticəsində 13 nəfər ölüb. Hadisə zamanı yaralanan 16 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərdən əksəriyyətinin məktəbli olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır. (azvision.az)