Problem F-35 deyil, ABŞ-ın istəyi budur - Başbuğ

Problem F-35 deyil, ABŞ-ın istəyi budur -  Başbuğ backend

Türkiyə S-400 sistemlərini geri qaytarsa belə, ABŞ yeni problemlə qarşımıza çıxacaq.

Bunu türkiyəli hərbi ekspert Coşqun Başbuğ F-35 böhranı ilə bağlı ölkə mətbuatına açıqlamasında deyib.

“Türkiyə ilə ABŞ arasında problem əslində F-35-lərlə bağlıdırmı? Məncə, deyil. ABŞ əvvəlki Türkiyənin geri qayıtmasını istəyir, ABŞ dəyirmanına su tökən bir quruluş axtarır. O quruluş FETÖ idi və o da çökdü.

Digər tərəfdən, F-35-lərin bir çox problemi mövcuddur. Türkiyə 2002-ci ildən bəri bu layihənin içərisindədir. F-35 məsələsi bir növ Türkiyənin milli təyyarə istehsalı prosesini də sürətləndirəcək. ABŞ-ın mövqeyi ortadadır. Onların hərəkəti müttəfiqlik mövqeyinə də sığmır”, - ekspert bildirib. (axar.az)

Diaspora