Türkiyə Ağrı, Ərdəhan və Ermənistanla sərhəd olan Qars və İğdırda terrorçulara qarşı hərbi əməliyyatlara başlayıb.
Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Eren-15 Ağrı Dağı-Çemçe Madur” əməliyyatı terror təşkilatı PKK-nı ölkənin gündəmindən tamamilə kənarlaşdırmaq və bölgədə olan terrorçuları təsirsiz hala gətirmək üçün başlayan “Eren” əməliyyatlarının davamıdır.