Qarabağda Rusiya sülhməramlıların nəzarətində olan ərazilərdə baş verənlər birmənalı qarşılanmır. Onlardan biri də Xocavənddə separatçılar tərəfindən ucaldılmış faşist Qaregin Njdenin abidəsinin hələ də sökülməməsidir. Hətta, dünən bir qrup erməni Njdenin sözügedən heykəlinin üzərinə: “Heykəli aparan adam vurulacaq” yazılı kağız qoyub.
Sözügedən büstün sökülməsi bir neçə ay əvvələ planlaşdırılsa da, hələ də olduğu kimi qalıb. Sülhməramlılar isə gərginliyə səbəb olacaq problemin qarşısını almalı olduğu halda susur.
Reallıq budur ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan Azərbaycan ərazilərində Ermənistan özbaşınalığa davam edir. Bu isə həmin ərazilərdə antiterror əməliyyatlarını getdikcə labüd edir. ️
Qeyd edək ki, Ermənistan mətbuatının məlumatına görə, Azərbaycan tərəfi heykəlin götürülməsinə 9 maya qədər vaxt verib.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: