Ermənistan prezidenti barədə cinayət işi açılıb

Ermənistan prezidenti barədə cinayət işi açılıb backend

Ermənistan baş prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlıq faktını gizlətməsi barədə cinayət işi açıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın Vəkillər palatasının rəhbəri Ara Zohrabyan deyib.

O bildirib ki, prokurorluq cinayət işini 53 vəkilin 30 mart tarixli müraciəti əsasında sənədlərin saxtaşdırılması maddəsi ilə açıb.

Qeyd olunur ki, Armen Sarkisyan 2003-2012-ci illərdə Böyük Britaniya vətəndaşlığına malik olub.

Diaspora