Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib.
Bu barədə prezidentin veb saytında məlumat verilib.
Prezidentin fərmanında deyilir ki, konstitusiyanı rəhbər tutaraq hökumətin istefası qəbul edilir.
Xatırladaq ki, Ermənistan Prezidentinin administrasiyası Baş nazir Nikol Paşinyandan istefa məktubu alıb. Bu barədə prezidentin köməkçisi Hasmik Petrosyan məlumat verib.
Prezident Armen Sarkisyanın hökumət başçısının istefasını qəbul edib-etməməsinə gəldikdə isə Petrosyan "Müraciəti bu anda qəbul etdik" - deyə cavab verib.
Qeyd edək ki, bu gün Paşinyan ölkədə növbədənkənar parlament seçkiləri keçirmək üçün istefa etdiyini açıqlayıb. O, eyni zamanda seçkiyə kimi isə hökumət başçısı kimi fəaliyyət göstərməyə davam edəcəyini də qeyd edib.
APA