Şimali İraqda terrorçulara qarşı genişmiqyaslı əməliyyat - Türk qırıçıları havaya qalxdı

Şimali İraqda terrorçulara qarşı genişmiqyaslı əməliyyat -  Türk qırıçıları havaya qalxdı backend

Türkiyə Hərbi Hava Qüvvələri Şimali İraqda PKK terror təşkilatına qarşı növbəti hava əməliyyatını keçirib.

Qaziler.az bildirir ki, Türkiyə Silahlı Qüvvələri Şimali İraqda terrorçuların Metina, Zap, Avaşin-Basyan və Qəndildəki hədəflərinə qarşı əməliyyata başlayıb.

Topçu və komando birlikləri də hava əməliyyatlarına qoşulub.

Terrorla mübarizə çərçivəsində TSQ gecədən etibarən Şimali İraqın Metina, Zap, Avaşin, Basyan və Kandil bölgələrindəki PKK düşərgələrinə aramsız zərbələr endirir.

Əməliyyata F-16-larla yanaşı, sərhəd topçu birlikləri,  hücum helikopterləri, SİHA-lar də qatılıb.

Diaspora