Türkiyə XİN erməni terrorunun qurbanı olmuş türk diplomatlarla bağlı paylaşım etdi

Türkiyə XİN erməni terrorunun qurbanı olmuş türk diplomatlarla bağlı  paylaşım etdi backend

Türkiyə Xarici İşlər Nazirliyi erməni terror hücumlarında şəhid olan 31 türkiyəli diplomatı anıb.

Qaziler.az bildirir ki, nazirlik “Twitter” hesabında bununla bağlı paylaşım edib.

Paylaşımda erməni terorrorçuların qətlə yetirdiyi 31 türk diplomatının adı qeyd olunub.

“Yalanlar nəinki tarixi təhrif edir, günahsız canları da alır. Erməni terroru ilə şəhid olan həmkarlarımızı unutmadıq və unutmayacağıq! Rahat yatsınlar, heç bir yalana və zülmə boyun əyməyəcəyik”, - deyə paylaşımda bildirilir.

Diaspora