Gürcüstan prezidenti NATO-nu Qara dəniz regionunda sabitliyin təmin olunmasında aktiv iştirak etməyə çağırıb.
Bu barədə Gürcüstan prezidetinin administrasiyasından məlumat verilib.
“Salole Zurabişvili və Yens Stoltenberq Qara dənizdə təhlükəsizliyin önəmini müzakirə ediblər. Prezident Qara dəniz regionu və limanlarda sabitliyin təmin edilməsi üçün NATO-nun daha aktiv iştirakının vacibliyini vurğulayıb”, - məlumatda qeyd olunub. (Axar.az)