Ermənistanda “Azataqrum” (“Qurtuluş”) hərəkatından olan bir qrup müxalifət fəalı Baş nazir Nikol Paşinyanın və Nazirlər Kabinetinin digər üzvlərinin hökumət binasına girişinin qarşısını almaq üçün özlərini qapıya qandallayıblar.
TASS-ın məlumatına görə, polis aktivistləri saxlamağa başlayıb.
Etirazçılardan biri “Paşinyan və tərəfdarları binaya girməməlidir”, - deyə bildirib.
Oxu.az