Erməni sürücülər Zod qızıl mədəninə gedən yolu bağladılar

Erməni sürücülər Zod qızıl mədəninə gedən yolu bağladılar backend

Aprelin 19-da Ermənistandakı Zod qızıl mədənində çalışan 40-a yaxın sürücü ora gedən yolu bağlayıb.

Qazilər.az xəbər verir ki, sürücülər rəhbərlikdən 500 min dram (təqribən 1000 dollar) məbləğində sabit əmək haqqına keçilməsini tələb edib və mədəni işlədən şirkətin onlara dörd aylıq maaş borcu olduğunu bildiriblər.

Mədəni işlədən "GeoPooming Gold" şirkətinin rəhbərliyi tətil edənlərlə görüşərək onlardan işə qayıtmağı və imkanlar daxilində tələblərin müzakirə ediləcəyini bildirib.

Sürücülər bu təklifi rədd ediblər.

Belə olan halda şirkət rəhbərliyi icazəsiz tətillərə son qoymağa və konstruktiv dialoq çərçivəsində vəziyyətin həll yollarını nəzərdən keçirməyə çağırıb.

Modern.az

Diaspora