Yunanıstan və Fransa səfirləri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
DHA xəbər verir ki, buna səbəb Qrit adası sahillərində Fransanın tədqiqat gəmisi və Yunanıstanın hərbi gəmisinin Türkiyə ərazi sularına daxil olmasıdır.
Yunanıstan mediasında yayılan xəbərə görə, Fransanın tədqiqat gəmisi “L’Atalante” Yunanıstanın hərbi gəmisi ilə birgə Qrit adasının cənub şərqində Türkiyə ərazi sularına daxil olub.
Eyni xəbərdə bildirilir ki, hər iki gəmiyə Türkiyə tərəfindən ərazidən uzaqlaşmaları ilə bağlı xəbərdarlıq edilib.
Hər iki ölkənin səfirləri Türkiyə XİN-ə çağırılaraq məsələ ilə bağlı zəruri tədbirlər görülüb. (oxu.az)