"Nikol Paşinyan Qarabağ və Ermənistan sakinlərinə yalnız azərbaycanlılar və türklərlə parlaq gələcək vəd edir”.
Qazilər.az xəbər verir ki, bu barədə Ermənistanda nəşr olunan “Hraparaq” qəzeti yazıb.
Nəşr Ermənistan baş nazirinin Azərbaycan və Türkiyə ilə yaxınlaşmaq səylərinə diqqət çəkib:
“Gedişat Ermənistan və Qarabağın gələcəyinin türklərin yanında və türklərin hesabına olacağını göstərir. Ermənistandan köçün mənfi tarazlığı da bunu göstərir. Ölkədən gedənlərin sayından da başa düşürük ki, bu gələcək qurulmadan əvvəl Ermənistanda heç bir erməni olmayacaq”.
Qəzet son bir ayda Ermənistandan xarici ölkələrə üz tutanların sayının kəskin şəkildə artdığını yazıb:
“Yayımlanan statistik məlumatlara görə, yalnız bu ilin mart ayında Zvartnots və Şirak hava limanlarından 74197 sərnişin (Ermənistan vətəndaşları daxil olmaqla) yola düşüb, 42283 vətəndaş isə qayıdıb. Mart ayında gediş-gəliş arasındakı fərq 31 914 nəfərdir”.
Teleqraf.com