Ermənistan parlamentinin “Mənim addımım” siyasi alyansından olan deputatı Andranik Köçəryan Rusiya sülhməramlı kontingentinin rəhbəri general Rüstəm Muradovu tənqid edib.
Erməni KİV-də yayılan məlumata görə, generalın ölkə hakimiyyətini əsirlərin qaytarılması mövzusunda xalqı yalnış məlumatlandırdığını bəyan etməsi millət vəkilinin xoşuna gəlməyib.
“Muradovun belə bəyanat verməyə haqqı çatmırdı”, - deyə A.Köçəryan jurnalistlərə verdiyi açıqlamasında bildirib.