Hulusi Akar: "Ukrayna və Rusiya arasındakı gərginliyin qısa müddətə bitməsinin tərəfdarıyıq”

Hulusi Akar:  "Ukrayna və Rusiya arasındakı gərginliyin qısa müddətə bitməsinin tərəfdarıyıq” backend

“Biz hər zaman söylədiyimiz kimi, beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə Ukrayna və Rusiya arasındakı gərginliyin qısa müddətə bitməsinin tərəfdarıyıq”.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar komandanlarla keçirdiyi videokonfransda bildirib.

Nazir Ukraynadakı hadisələri yaxından izlədiklərinə işarə edərək deyib ki, Ukrayna Türkiyənin strateji müttəfiqidir: “Onların gələcəyi ilə yaxından maraqlanırıq. Onların təhlükəsiz şəraitdə, sülh içində, ərazi bütövlüyü məsələsində dövlət olaraq bəyanatlarımızı vermişik. Krımın işğalını tanımadığımızı söyləmişik. Oradakı Krım tatarlarının mövcudluğu, gələcəyi ilə yaxından maraqlandığımızı bildirmişik. Biz hər zaman söylədiyimiz kimi, beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünə hörmət əsasında sülh yolu ilə Ukrayna və Rusiya arasındakı gərginliyin qısa müddətə bitməsinin tərəfdarıyıq. Bunun üçün də Türkiyə olaraq iki tərəfə də problemin tezliklə həll olunması üçün görüşlərin, danışıqların keçirilməsi istiqamətində hər cür dəstəyi verməyə hazır olduğumuz bildiririk”.

Diaspora