MDB ölkələrinin vahid hava hücumundan müdafiə sistemi pilotsuz uçan aparatlarla mübarizə vasitələri ilə gücləndiriləcək.
Qaziler.az xəbər verir ki, bunu Rusiya HHM qüvvələrinin komandanı general-leytenant Yuri Qrexov deyib.
O, MDB-nin hava hücumundan müdafiə birləşmiş sisteminin inkişafı çərçivəsində normativ-hüquqi bazanın gələcəkdə işlənməsinin, eləcə də bu sahədə kadr hazırlığının həyata keçirilməsinin planlaşdırıldığını bildirib.
Qrexov birləşmiş sistemdəki qüvvələrin növbəti məşqinin 2022-ci ildə keçiriləcəyini deyib.
Qeyd edək ki, MDB ölkələrinin hava hücumunda müdafiə birləşmiş sisteminə Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan (KTMT üzvləri) və Özbəkistan daxildir.