Moskva şəhərində azərbaycanlı avtoritet Əli Heydərovu odlu silahdan qətlə yetirən Mətləb Sultanov bu əməli törətdiyini etiraf edib.
“Report” TASS-a istinadən xəbər verir ki, Rusiya İstintaq Komitəsinin verdiyi məlumata görə, o, aralarındakı şəxsi ədavət yarandığı üçün Ə.Heydərovu öldürdüyünü bildirib.
Qeyd edək ki, aprelin 12-də Rusiya paytaxtındakı fitnes klublarının birində baş vermiş hadisə ilə bağlı adam öldürmək və qanunsuz silah dövriyyəsi maddələrilə cinayət işi başlanmışdı.