“Rusiyanın Türkiyəyə uçuşları məhdudlaşdırması ilə bağlı qərarın arxasında siyasi səbəb görmürəm”.
“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiyanın Türkiyə ilə uçuşları məhdudlaşdırması qərarına münasibət bildirərkən deyib.
“İstər-istəməz bunun mənfi təsirləri olacaq. Uçuşların bərpası istiqamətində fəaliyyət göstəririk. Qərarın arxasında siyasi səbəb görmürəm”, - o vurğulayıb.
Qeyd edək ki, Rusiya COVID-19-un yayılması ilə mübarizə çərçivəsində aprelin 15-dən iyunun 1-dək Türkiyəyə uçuşların məhdudlaşdırılması barədə qərar qəbul edib.