İranın Nətənz Atom Elektrik Stansiyasındakı qəzanın səbəbi terror aktıdır - AÇIQLAMA - YENİLƏNİB - FOTO

İranın Nətənz Atom Elektrik Stansiyasındakı qəzanın səbəbi terror aktıdır -  AÇIQLAMA - YENİLƏNİB - FOTO backend

Nətənz nüvə obyektinin paylayıcı elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.

TASS xəbər verir ki, bunu ölkənin vitse-prezidenti, İran Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bildirib.

“İran bu iyrənc hadisəni müzakirə edir və beynəlxalq ictimaiyyətə, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinə nüvə terrorizminin bu cür təzahürləri ilə mübarizə aparmağın vacibliyini xatırladır”, -deyə o, bəyan edib.

Salehi, həmçinin İranın hadisənin günahkarlarına qarşı əks tədbirlər görmək hüququnu da özündə saxladığını qeyd edib.(oxu.az)

10:30

Iranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş veirb.

İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın AES-in elektrik şəbəkəsində baş verdiyini bildirib. 

Behruz Kəmalvəndi deyib ki, qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməyib.

O qeyd edib ki, hazırda qəzanın səbəbləri araşdırılır. (apa)

Diaspora